AZ

ABŞ və İran arasında danışıqlarda hansı ölkələrin vasitəçi kimi çıxış etdiyi AÇIQLANDI

Misir, Türkiyə və Pakistan ABŞ ilə İran arasında mesajlar ötürür və danışıqlarda vasitəçi kimi iştirak edirlər.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin yüksək vəzifəli diplomata istinadən məlumat yayıb.

Media orqanı bildirib ki, "yüksək vəzifəli diplomatlardan biri Misir, Türkiyə və Pakistanın ABŞ və İran arasında mesajlar ötürdüyünü bildirib. Rəsmilər iki ölkə arasında vasitəçi kimi çıxış etsələr də, bu danışıqların nə dərəcədə birbaşa aparıldığı bəlli deyil".

Nəşr qeyd edir ki, son iki həftə ərzində Türkiyə, Səudiyyə Ərəbistanı və Oman da daxil olmaqla müxtəlif ölkələr atəşkəs razılaşmasını təmin etmək üçün İranla qeyri-rəsmi danışıqlar aparıblar. Yüksək vəzifəli diplomatlardan biri Türkiyə və Omanın İranla ən aktiv qeyri-rəsmi ünsiyyət kanalları olduğunu bildirib. Digər bir diplomat mesajların Səudiyyə Ərəbistanı, Hindistan və Misir vasitəsilə ötürüldüyünü vurğulayıb. Nəşr vurğulayıb ki, "bu müzakirələrin Trampın qərarına necə təsir etdiyi" məlum deyil .

Mənbə həmçinin “Bloomberg”ə bildirib ki, Tramp administrasiyası ABŞ-nin danışıqlara hazır olduğunu açıq şəkildə bildirəcəyi təqdirdə İranın danışıqlara "hazır" ola biləcəyinə inanır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
27
50
redaktor.az

10Mənbələr