AZ

İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN başçılarının görüşü olub - Yenilənib 

İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir xarici işlər nazirlərinin dördtərəfli görüşü keçirilib...

Geo.tv xəbər verir ki, görüşdə əsasən regiondakı gərginliyin azaldılması və ABŞ vəİsrailin İranla müharibəsi kontekstində diplomatik səylər müzakirə olunub.

Dördtərəfli məsləhətləşmələr zamanı XİN başçıları regiondakı vəziyyəti qiymətləndirib, sülh və təhlükəsizlik məsələlərində fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, hazırda Pakistan İran və ABŞ arasında əsas vasitəçi missiyasını həyata keçirir. Bu çərçivədə Türkiyə və Misir də prosesə töhfə verməyə çalışır.

***

İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN başçılarının görüşü olub.

Bu barədə "Al Jazeera" məlumat yayıb.

Görüşün məqsədi Yaxın Şərqdəki müharibəyə son qoyulması yoıllarının müzakirə edilməsidir.

Poliqon.info

Seçilən
1
15
poliqon.info

10Mənbələr