AZ

Deputat: “Zaxarovanın ulu öndər Heydər Əliyevin adını qəsdən çəkməsi Azərbaycanın dəyərlərinə hücum etməkdir”

“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son mətbuat brifinqi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikirinə dair suala cavab verərkən, mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevin adını hallandırması, özünü qəsdən başa düşməmiş kimi göstərərək sualın mətnini manipulyasiya etməsi diplomata yaraşmayan ikiüzlülükdür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.

 

Deputat bildirib ki, əslində, Zaxarovaya verilən sual çox aydın qoyulmuşdu: “Din xadimləri və onların keçmişindən söhbət getdiyi halda Zaxarovanın müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin adını qəsdən çəkməsi Azərbaycanın dəyərlərinə hücum etmək, qəsdən fikri başqa istiqamətə yönləndirməkdir. Zaxarovanın burada iki hədəfi var: birincisi, mümkün diplomatik müstəvidə yenidən Ermənistan-Azərbaycan gündəmi üçün bir qarşıdurma mövzusu müəyyənləşdirmək, ikincisi, məhz Azərbaycanın müstəqil xarici siyasətinin banisi, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev siyasətinin bu gün yeni parametrlərlə yeni miqyasda davam etdirilməsinə qısqanclıqla yanaşmaq. Belə şeylər, əlbəttə ki, hədəf götürdüyümüz dəyərləri deyil, tam əksinə, Mariya Zaxarovanın diplomatik imicini və onun mənsub olduğu xarici siyasət idarəsinin miqyasını və əhəmiyyətini kiçiltmiş olur. Buna görə də Azərbaycan haqlı olaraq bu məsələyə izahat tələb edir, nəticəni əldə edənədək məsələyə yenidən qayıdacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 24 Mart 2026, 12:57   
Seçilən
31
pravda.az

1Mənbələr