UEFA növbəti Çempionlar Liqası üçün heyət sayını dəyişdirməyəcək. Oxuməni.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat verir. Mənbənin məlumatına görə, İngiltərə klubları 28 oyunçuya qədər qeydiyyatdan keçmək üçün icazə istəyiblər, lakin Avropa Futbol Assosiasiyaları Birliyi bu tələbi rədd edib.
Mümkün dəyişikliklər məsələsinə 2027/2028 mövsümündən əvvəl baxıla bilər, lakin hələlik bu limit 25-də qalacaq.
“Atletiko”, “Sevilya” və “Real Sosyedad” da daxil olmaqla İspaniya klublarının nümayəndələrinin mövcud qaydaların saxlanmasının tərəfdarı olduqları bildirilir. La Liqa klubları hesab edir ki, İngiltərə komandaları maliyyə üstünlüklərindən istifadə edərək əhəmiyyətli üstünlük əldə edə bilərlər.
Almaz Həsənli