AZ

18 yaşında dünyasını dəyişdi...

Kolumbiya futbolunda faciəvi hadisə baş verib.

"Football-plus.az" xəbər verir ki, “Milyonarios”un gənclərdən ibarət komandasının futbolçusu Santyaqo Kastrilyon dünyasını dəyişib.

Klubun mətbuat xidmətinin məlumatına görə, yarımmüdafiəçi 18 yaşında həyatını itirib. O, şənbə günü ölkə çempionatı matçında meydanda huşunu itirib. Kastrilyona ilkin tibbi yardım edilib və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxilləsinə baxmayaraq, futbolçu dünyasını dəyişib.

Qeyd edək ki, Kastrilyon “Milyonarios”un əsas komandasında rəsmi matçda meydana çıxmasa da, bir neçə oyunda ehtiyatda olub.

Seçilən
51
football-plus.az

1Mənbələr