AZ

Milliyə çağırılmayan Neymar həftəsonu vaxtını poker oynamaqla keçirib

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Baş məşqçi Karlo Ançelotti tərəfindən Braziliya millisinin qarşıdan gələn yoldaşlıq oyunlarına çağırılmayan “Santos”un hücumçusu Neymar həftəsonu təxminən 20 saat onlayn poker oynayıb.

İdman.Buiz bu barədə Portal Leodias-a istinadən məlumat verir.

Futbolçu cümə günü ailəsi ilə keçirib, şənbə günü saat 14:30-dan 22:00-dək poker oynayıb və bazar günü saat 14:00-dan 23:00-dək oynamağa davam edib. Neymar hazırda poker turnirində iştirak edir, ona görə də bazar ertəsi və çərşənbə axşamı günlərini də onlayn poker oynayacaq.

Qarşıdan gələn yoldaşlıq oyunlarında Braziliya millisi Fransa (26 mart) və Xorvatiya (1 aprel) ilə oynayacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
icma.az

2Mənbələr