AZ

Tramp İrana hücumları dayandırmağı əmr etdi



ABŞ prezidenti Donald Tramp Pentaqona İranın elektrik stansiyaları və enerji infrastrukturuna zərbələri 5 gün müddətinə dayandırmaq göstərişi verib. Bu barədə Amerika lideri Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb. "Son iki gün ərzində ABŞ və İran arasında Yaxın Şərqdəki müharibənin tam həlli ilə bağlı çox yaxşı və məhsuldar müzakirə aparılıb"- deyə ABŞ Prezidenti bildirib. "Həftə boyu davam edəcək danışıqların tonuna əsaslanaraq Müharibə Departamentinə görüşlərin və müzakirələrin uğurlu olmasından asılı olaraq İran elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı hərbi zərbələri 5 gün müddətinə təxirə salmağı tapşırmışam",-deyə Tramp əlavə edib. İradə SARIYEVA
Seçilən
28
4
baki-xeber.com

6Mənbələr