Bu barədə o, CNN-ə müsahibəsində deyib. Qeyd edib ki, vacib gəmiçilik yolunun ABŞ və İranın birgə nəzarəti altında olmasını istəyir.
“Çox etibar etdiyim insanlarla işləyirik. İçəridəki insanlar kim olduqlarını bilirlər. Onlara çox hörmət edirlər və bəlkə də onlardan biri tam olaraq axtardığımız şəxs olacaq”,-deyə Tramp İranda ciddi rejim dəyişikliyi olacağını əlavə edib.
Tramp əlavə edib ki, Vaşinqton İranla bağlı əsas məqsədlərdən biri kimi nüvə materiallarının ölkədən çıxarılmasına nail olmağa çalışır.
ABŞ Prezidenti qeyd edib ki, tərəflər arasında mühüm ortaq məqamlar və müəyyən razılıqlar mövcuddur və hazırda münaqişənin sona çatdırılması üçün real imkan yaranıb.
Eyni zamanda, "Sky News" telekanalı Trampın sözlərinə istinadən bildirib ki, İran sülh yolu ilə nizamlanma barədə razılaşmaya gəlməkdə maraqlıdır.
Röya Əliyeva
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta