ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa millisinin, "Real" (İspaniya) və "Yuventus"un (İtaliya) sabiq futbolçusu Zinəddin Zidanın yeni iş yeri bəlli olub.
"Report" "Le Parisien"ə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssislə Fransa millisinə rəhbərlik etmək üçün şifahi razılıq əldə edilib.
Zidanın DÇ-2026-dan sonra baş məşqçi Didye Deşamı əvəzləyəcəyi gözlənilir.
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo "Le Figaro" nəşrinə verdiyi müsahibədə yeni baş məşqçinin adının artıq məlum olduğunu və tezliklə rəsmi açıqlamanın veriləcəyini təsdiqləyib.
Qeyd edək ki, Zidan 2021-ci ildə "Real"dan ayrıldıqdan sonra işsiz idi və adı uzun müddət İngiltərənin "Mançester Yunayted" klubu ilə hallanırdı.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.