AZ

İngiltərə nəhənginin istədiyi Gimaraynş qərarını qətiləşdirdi

"Nyukasl"ın futbolçusu Brunu Gimaraynş gələcək karyerası ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Newcastle Chronicle" yayıb.

Məlumata görə, "Mançester Yunayted"in istədiyi 28 yaşlı yarımmüdafiəçi iş yerini dəyişmək niyyətindən uzaqdır. Mənbə braziliyalı oyunçunun "sağsağanlar"ın sıralarında özünü xoşbəxt saydığını vurğulayıb.

Cari mövsüm İngiltərə Premyer Liqasında 23 matça çıxan təcrübəli futbolçu 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Gimaraynşın "Nyukasl" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 75 milyon avro ilə dəyərləndirir. 

Toğrul

Seçilən
26
1
fanat.az

2Mənbələr