AZ

Gürcüstandan Azərbaycana pul köçürmələri artıb

Bakı. Trend:

2025-ci ildə Gürcüstandan Azərbaycana fiziki şəxslərin pulköçürmələrinin həcmi 43,6 milyon ABŞ dolları təşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cüildəki göstərici ilə müqayisədə 8,2 milyon ABŞ dolları və ya 23,4%çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pulköçürmələrində Gürcüstanın payı 3,7% təşkil edib.

Həmçinin 2025-ci ildə Azərbaycandan Gürcüstana fiziki şəxslərinpul köçürmələrinin həcmi 26,2 milyon ABŞ dolları olub ki, bu da2024-cü ildəki göstərici ilə müqayisədə 18,7 milyon ABŞ dolları vəya 1,7 dəfə azalma deməkdir.

Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrindəGürcüstanın payı 5,2% təşkil edib.

2024-cü ildə Azərbaycandan Gürcüstana fiziki şəxslərin pulköçürmələrinin həcmi 44,987 milyon ABŞ dolları, əks istiqamətdə isə35,3 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fizikişəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici iləmüqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dollarıtəşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1milyon ABŞ dolları və ya 8,7% çoxdur.

Seçilən
21
22
az.trend.az

10Mənbələr