GƏNCƏ, 23 mart. TELEQRAF
Sosial şəbəkələrdə və müxtəlif kütləvi informasiya vasitələrində Gəncə Dövlət Universitetinin (GDU) tələbəsi kimi təqdim edilən 1999-cu il təvəllüdlü Fərman Əlizadənin ölümü ilə bağlı universitetdən açıqlama verilib.
GDU-nun Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Günay Məmmədova Teleqraf-ın Qərb bürosuna bildirib ki, Fərman ƏlizadəGDU-nun İqtisadiyyat və idarəetmə fakültəsini 2020-ci ildə bitirib.
"Keçmiş məzunumuzun sanki hələ də Gəncə Dövlət Universitetində təhsil alması xəbəri anlaşılmazdır. Ölüm xəbərindən üzülürük və mərhumun ailəsinə başsağlığı veririk"- açıqlamada qeyd olunub.
Məlumat üçün bildirək ki, Fərman Əlizadə Birinci Qarabağ Müharibəsi qazisi Etibar Əliyevin oğludur.
Mərhumun ölüm səbəbi bilinmir.