“ AzVision.az ” xəbər verir ki, bu barədə Türkiyənin “Yeşiligdir” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, sərhədlərin Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərindən əvvəlaçılması planlaşdırılır.
Bildirilib ki, Türkiyə və Azərbaycan hələlik sərhədlərin açılması ilə bağlı konkret tarix müəyyənləşdirməyib. Qeyd olunur ki, yekun qərar Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən veriləcək.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi son illərdə aktivləşib. Tərəflər xüsusi nümayəndələr vasitəsilə bir neçə dəfə görüş keçirib və diplomatik münasibətlərin bərpası, sərhədlərin açılması və nəqliyyat əlaqələrinin qurulması məsələlərini müzakirə ediblər.
Ekspertlər hesab edir ki, sərhədlərin açılması regionda iqtisadi əlaqələrin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına və nəqliyyat-kommunikasiya xətlərinin aktivləşməsinə şərait yarada bilər. Bununla yanaşı, prosesin siyasi həssaslığı səbəbindən qərarların mərhələli və koordinasiyalı şəkildə qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, hazırda Türkiyə-Ermənistan sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün qismən açıqdır, lakin tam fəaliyyət bərpa olunmayıb.
Məhəmmədəli Həsənli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta