AZ

33 yaşlı kapitan vəfat etdi

Lənkəran rayonundan olan Vətən müharibəsi qazisi vəfat edib.

KONKRET.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, rayonun Cil kənd sakini, 33 yaşlı kapitan Aqil Bəxtiyar oğlu Nuriyev uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bildirilib ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Aqil son 4 gündür Bakı şəhərində yerləşən xəstəxanalardan birində xərçəngdən müalicə olunurmuş. O, elə həmin tibb müəssisəsində vəfat edib.

Mərhumun nəşi bu gün doğulduğu kəndə gətirilərək dəfn olunub.

Seçilən
86
13
konkret.az

10Mənbələr