AZ

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər ki, paytaxtın Nərimanov rayonu ərazisində, Seyid Cəfər Pişəvəri parkında gəzinti üçün nəzərdə tutulan piyada səkiləri qapadılıb. Bu da həmin vətəndaşların istirahətində və gediş-gəlişində maneələr törədib.

"Ölkə.az" xəbər verir ki, məsələ ilə bağlı sakinlərdən biri narazılığını belə ifadə edib:

"Bu tikintinin tikilməyi xalqımız üçün xeyirlidir. Amma insanların istirahəti üçün maneçilik yaradırlar. Yaxşı olardı ki, elə bir mövqe seçərdilər ki, insanlar sərbəst burada hərəkət edə bilsinlər. Mən bu gün velosipedlə qayıdanda gördüm maneçilik yaranır, məcbur olub başqa bir yoldan getmişəm".

Digər bir sakin isə mövzuya bu cür münasibət bildirib:

"Yəqin ki, bunlar təhlükəsizliyə görə bağlayıblar buranı. Orada bina tikilir. Əvvəldən düşünsələr, daha yaxşı olardı. Biz bu yolla gedib-gəlirdik, indi məcburuq digər yolla gedək".

Məsələ ilə bağlı parkın rəhbərliyindən bildirilib ki, sözügedən ərazidə mövcud kommunikasiyaların daha böyük diametrli xətlərlə yenilənməsi işləri aparılır. İşlər lokal xarakter daşıyır və ən qısa zamanda yekunlaşacaq.

Seçilən
41
5
olke.az

6Mənbələr