Azertag saytına istinadən ain.az xəbər verir.
Naxçıvan, 23 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Naxçıvanda evdən ər və arvadın meyitləri tapılıb.
Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, martın 22-də Babək rayonu Yarımca kəndi ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin hamam otağında iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
01:44
Naxçıvanda evdən ər və arvadın meyitləri tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və 1992-ci il təvəllüdlü həyat yoldaşı Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Müxbir- Nail Əsgərov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.