AZ

Rusiya iqtisadiyyatını nə gözləyir? | ŞƏRH

O hesab edir ki, milli valyutanın zəifləməsinin yuxarı həddi məhduddur, yəni, 100 rubldan yuxarı heç bir sıçrayış olmayacaq. Daha sonra 90-dan aşağı düşmə ehtimalı azdır, amma 102 siyasi vəziyyəti nəzarətdə saxlamağa imkan verəcək həddir.

Ekspertin sözlərinə görə, Yaxın Şərqdə davam edən hadisələr qlobal bazarlara əhəmiyyətli dərəcədə təsir göstərir. Mövcud məzənnə bazarlardakı dəyişkənliyi, ictimai əhvali-ruhiyyəni və Hörmüz boğazının bağlanması riski ilə əlaqəli iqtisadi münasibətləri əks etdirir. Bu gün husilər enerji təchizatına da təsir edən Bab əl-Məndəb boğazını bağlamağa çalışırlar. İranın Qətərdəki neft, eləcə də mayeləşdirilmiş təbii qaz obyektlərini bombalaması qlobal bazarda kəskin qiymət dalğalanmalarına və təchizatçı fəaliyyətinin artmasına səbəb olub.

O, Rusiyaya qarşı sanksiya siyasətinin tədricən dəyişə biləcəyini vurğulayıb: “Bu çox sakit şəkildə baş verəcək. Kölgə donanması faktiki olaraq neytral, sonra isə Rusiyanın olacaq".

Ekspert Çinin Rusiyadan elektrik enerjisi idxalını azaltdığını, yanacaq-enerji sektorunun gəlirlərinin kəskin şəkildə aşağı düşdüyünü və cari ilin ilk iki ayında 4 trilyon rublu aşan neft və qaz gəlirləri kəsirinin 4,2 trilyon rublluq milli rifah fondunun ehtiyaclarını kifayət qədər ödəmədiyini qeyd edib. “Hazırkı pul siyasəti inkişafı ləngidir. Əsas faiz dərəcəsini 16 faizdən aşağı salmadan uzunmüddətli ucuz pul yarada bilmərik, bunsuz nə texnoloji, nə innovativ transformasiya, nə də yenidən sənayeləşmə mümkündür. Yüksək məzənnə ilə iqtisadiyyatımız durğunlaşacaq.Rusiya hazırda investisiyaların 1 faizinin inflyasiyanın 2 faizini yaratdığı model altında fəaliyyət göstərir. Belə bir nisbətlə biz yeni iqtisadiyyat qura və innovativ artıma nail ola bilmərik. Yaxın gələcəkdə biz yalnız pul siyasətini deyil, həm də Mərkəzi Bankın və innovativ inkişafa cavabdeh olan qurumların islahatlarını həll etməliyik", - ekspert vurğulayıb.
Seçilən
53
4
azvision.az

5Mənbələr