"Sevilya" rəhbərliyi komandanın baş məşqçisi Matias Almeyda ilə vidalaşmaqda qərarlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
52 yaşlı argentinalı mütəxəssis qeyri-qənaətbəxş nəticələr səbəbindən istefaya göndəriləcək.
Almeyda ötən ilin yayından "Sevilya"nı çalışdırır. Əndəlüs təmsilçusi onun rəhbərliyi altında çıxdığı 32 matçda 10 qələbə qazanıb, 7 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.
Qeyd edək ki, "Sevilya" La Liqada 29 tura 31 xal toplayıb və 15-ci pillədə qərarlaşıb. Komanda son dörd oyunda qələbə qazana bilməyib.
Toğrul