AZ

Azərbaycan klubu maddi problemlə üzləşdi - İctimaiyyətdən kömək istədi

style='margin-bottom:10px;'>

2-ci liqada yarışan “Quba” futbol klubu maddi problemlərlə üzləşib.

QOL.az xəbər verir ki, bu haqda klubun Feysbuk sosial şəbəkəsi vasitəsi ilə ictimaiyyətə ünvanladığı müraciətdə bildirilir

“Sabah (bu gün - QOL.az) “Araz Saatlı” ilə oyuna çıxmalı idik. Amma açıq deyək, bu oyuna çıxmağımız ciddi sual altındadır. Səbəb hamıya bəllidir.

Yol xərclərini qarşılaya bilmirik, komandanın elementar ehtiyaclarını ödəməkdə çətinlik çəkirik. Uşaqlar aylarla əziyyət çəkdi, çoxu heç nə gözləmədən oynadı. Sadəcə Quba üçün, bu komandanın adı üçün çıxış etdi.

Hamı oyuna çıxmaq,  döyüşmək istəyir. Amma bəzən istəmək kifayət etmir. Biz bu vəziyyətə gəlib çatmışıq.

Ona görə sizə müraciət edirik. Açıq və səmimi.

Kim nə qədər bacarırsa. Hətta çox kiçik bir məbləğ də bizim üçün böyük dəstəkdir. İnanın, bəzən xırda bir kömək belə böyük problemi həll edir. Sadəcə baxıb keçməyin. Bu komanda hamımızındır. Bu gün bizə dəstək olmasaq, sabah gec ola bilər”.

Seçilən
82
11
teleqraf.com

10Mənbələr