AZ

Rusiya istehsalı olan premium avtomobili alan yoxdur

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-fevral aylarında Rusiyada cəmi 6 ədəd “Aurus” avtomobili satılıb. 

Avtosfer.az xəbər verir ki, statistikanı premium avtomobili istehsal edən ASM Holdinq yayıb. Statistika satışların kəskin azaldığını göstərir.

Ötən ilin müvafiq dövründə 63 “Aurus” satılmışdı. Bu da illik əsasda 10 dəfə geriləmə deməkdir. 

Qeyd edək ki, Rusiya rəhbərliyi bu avtomobili bir neçə dövlət başçısına hədiyyə edib. Lakin heç bir dövlət və ya hökumət başçısı bu maşından daimi istifadə etmir.

Ötən il 63 maşın satılmasının səbəbi də sadədir: bir çox vəzifəli şəxsə bu maşın inzibati yolla təhkim edilib.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
avtosfer.az

1Mənbələr