AZ

Dieqo Simeonedən dürüst etiraf

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Atletiko” futbol komandasının baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 29-cu turunda “Real”a uduzduqları (2:3) dramatik Madrid derbisindən sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis məğlubiyyətə görə hakim idarəçiliyini günahlandırmaqdan imtina edib.

Simeone komandasının daha artığını edə biləcəyini vurğulayıb:

“Hakim qərarlarının matça təsir etdiyini düşünmürəm. Biz daha çox şey edə bilərdik. Öz qapımızı daha yaxşı qorumalı və hücumda daha aktiv hərəkət etməli idik. Biz yaxşı oynayan komandalara qarşı çıxırıq və onlara kiçik bir şans belə versəniz, sizə zərər vuracaqlar. Daha çoxuna layiq idik”.

Argentinalı mütəxəssis xüsusilə müdafiə xəttindəki boşluqlardan narazılığını bildirərək, “Real” kimi rəqiblərin səhvləri bağışlamadığını qeyd edib.

Xatırladaq ki, bu məğlubiyyətdən sonra “atletlər” 57 xalla turnir cədvəlinin dördüncü pilləsində qalıblar. Növbəti turda “Atletiko”nu doğma meydanda daha bir çətin sınaq - “Barselona” ilə qarşılaşma gözləyir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
87
1
icma.az

2Mənbələr