
İsrail ordusu Livanın Litani çayı üzərindən keçən və "Hizbullah" döyüşçüləri tərəfindən istifadə edildiyi iddia olunan daha bir körpüyə zərbə endirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ordunun bəyanatında bildirilib.
"Bu körpü minlərlə silah-sursat, raket və raket qurğularının daşınması, həmçinin İsrail mülki şəxslərinə və hərbçilərinə qarşı hücumların təşkili üçün istifadə edilirdi" - deyə açıqlamada qeyd olunub.