Yaxın zamanlarda çəkilişlərinə başlanılacaq "Daha 17" serialı ilə bağlı daha bir xəbər yayılıb.
Far.Az xəbər verir ki, ekran işində gənc aktyor Ata Yaşat da çəkiləcək.
O serialda azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin (Şebnem) əkiz oğlundan biri rolunda olacaq.
Ata serialda "Teoman" rolunu canlandıracaq.
Layihə iyunda tamaşaçılara təqdim olunacaq. Apreldə isə çəkilişlərə start veriləcək.