AZ

Epşteynin oxşarı sosial mediada sensasiyaya ÇEVİRİLDİ

Ajans.az “The Post” qəzetinə istinadən xəbər verir ki, internetdə kvadrat çənəli və ağ saçlı Florida sakininin "Palm-Biç Pit" ləqəbi ilə tanınan bu şəxs ilk dəfə 2019-cu ildə, “New York Post” qəzetinin cinsi istismar hadisəsini fəal şəkildə işıqlandırdığı zaman rastlaşdığını söyləyib. 71 yaşlı kişinin sözlərinə görə, Epşteynin şəkli birinci səhifələrdə dərc edildikdən sonra onun həyatı dəyişib: insanlar onu Nyu-York küçələrində sanki tanımağa başlayıblar. "Bu, hər yerdə idi - qəzetlərdə, televiziyada. Mən, sadəcə Beşinci prospektdə gəzirdim və turistlər ətrafımda fırlanmağa başladılar. Mən bu gözləri hiss etdim - mən nyu-yorkluyam, bunları başa düşürəm", - o xatırlayır. Keçmiş daşınmaz əmlak meneceri və həvəskar tennisçi Pit deyir ki, Epşteynin 2019-cu ildə həbsindən sonra diqqət daha da artıb. Daha sonra həm Nyu-Yorkda, həm də Hemptonsda müqayisələr "adi" hala gəlib. Bu həftə onu yeni bir populyarlıq dalğası bürüyüb. Onun Florida şossesində kabriolet sürdüyünü əks etdirən video sosial mediada qəfildən yayılıb. Videonun yaradıcısı "Epsteyn sağdır!" deyə qışqırır və bu, konspiroloji nəzəriyyələri dalğasını alovlandırıb. Video milyonlarla baxış və bəyənmə toplayıb və Pitin özü də minlərlə yeni izləyici qazanıb. Cəmi bir gündə onun “Instagram” izləyicilərinin sayı 3000-dən 21000-ə çatıb. "İndi bu, hər zaman baş verir. İnsanlar izləyir, danışır, pıçıldaşır", - o bildirir.  Hətta diqqətdən məmnun qaldığını etiraf etsə də, Epşteynlə eyniləşdirilməsi xoşagəlməzdir.  "Mən bunu bəyənmirəm. Onunla heç bir eyniliyim olmasını istəmirəm. O, canavar və dəhşətli bir insan olub", - Pit vurğulayır.

Lakin o, əlavə edir ki, bütün vəziyyət absurd görünür. "Bütün bunların sadəcə görünüşlə bağlı olması gülməlidir. Bu, mən deyiləm. O, ölüb və pis insan idi".

Seçilən
89
5
Ajans.az

6Mənbələr