AZ

Ceffri Epşteynin oxşarı sensasiya yaratdı

71 yaşlı kişinin sözlərinə görə, Epşteynin şəkli birinci səhifələrdə dərc edildikdən sonra onun həyatı dəyişib: insanlar onu Nyu-York küçələrində sanki tanımağa başlayıblar.

"Bu, hər yerdə idi - qəzetlərdə, televiziyada. Mən, sadəcə Beşinci prospektdə gəzirdim və turistlər ətrafımda fırlanmağa başladılar. Mən bu gözləri hiss etdim - mən nyu-yorkluyam, bunları başa düşürəm", - o xatırlayır.

Azreform.info xəbər verir ki, keçmiş daşınmaz əmlak meneceri və həvəskar tennisçi Pit deyir ki, Epşteynin 2019-cu ildə həbsindən sonra diqqət daha da artıb. Daha sonra həm Nyu-Yorkda, həm də Hemptonsda müqayisələr "adi" hala gəlib.

Bu həftə onu yeni bir populyarlıq dalğası bürüyüb. Onun Florida şossesində kabriolet sürdüyünü əks etdirən video sosial mediada qəfildən yayılıb. Videonun yaradıcısı "Epsteyn sağdır!" deyə qışqırır və bu, konspiroloji nəzəriyyələri dalğasını alovlandırıb.

Video milyonlarla baxış və bəyənmə toplayıb və Pitin özü də minlərlə yeni izləyici qazanıb. Cəmi bir gündə onun “Instagram” izləyicilərinin sayı 3000-dən 21000-ə çatıb.

"İndi bu, hər zaman baş verir. İnsanlar izləyir, danışır, pıçıldaşır", - o bildirir. 

Hətta diqqətdən məmnun qaldığını etiraf etsə də, Epşteynlə eyniləşdirilməsi xoşagəlməzdir. 

"Mən bunu bəyənmirəm. Onunla heç bir eyniliyim olmasını istəmirəm. O, canavar və dəhşətli bir insan olub", - Pit vurğulayır.

Lakin o, əlavə edir ki, bütün vəziyyət absurd görünür. "Bütün bunların sadəcə görünüşlə bağlı olması gülməlidir. Bu, mən deyiləm. O, ölüb və pis insan idi".

Maraqlıdır ki, Pitin fikrincə, o, 1990-cı illərdə Nyu-Yorkdakı məclislərdə Epşteynlə yolları kəsişib. Onun sözlərinə görə, maliyyəçi o vaxtlar o qədər də tanınmayıb və özünü yüksək səviyyəli qalmaqalın mərkəzində tapana qədər gizli saxlayıb.

Lakin indi "Epşteynə bənzəyən" Floridada yaşayır, tennis oynayır və gözlənilmədən internetdə məşhurlaşıb - baxmayaraq ki, olduqca şübhəli şöhrətə malikdir.(lent.az)

Seçilən
63
5
azreform.info

6Mənbələr