AZ

Əraqçi Oman xarici işlər naziri ilə bölgədəki gərginliyi müzakirə etdi

İranın xarici işlər naziri Abbas Əraqçi Oman xarici işlər naziri Bədr əl-Busaidi ilə telefon danışığı aparıb.

 

Senzor.az bildirir ki, bu barədə İran KİV-i məlumat yayıb.

 

"Söhbət zamanı Bədr Əl-Busaidiyə ABŞ və İsrailin hücumları ilə bağlı İranın mövqeyi izah olunub",- məlumatda bildirilib.

 

Busaidinin isə Ramazan bayramı və Novruz münasibətilə təbriklərini çatdırdığı bildirilir.

 

XİN rəhbərləri məsləhətləşmələrin davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.

Seçilən
53
senzor.az

1Mənbələr