İranın xarici işlər naziri Abbas Əraqçi Oman xarici işlər naziri Bədr əl-Busaidi ilə telefon danışığı aparıb.
Senzor.az bildirir ki, bu barədə İran KİV-i məlumat yayıb.
"Söhbət zamanı Bədr Əl-Busaidiyə ABŞ və İsrailin hücumları ilə bağlı İranın mövqeyi izah olunub",- məlumatda bildirilib.
Busaidinin isə Ramazan bayramı və Novruz münasibətilə təbriklərini çatdırdığı bildirilir.
XİN rəhbərləri məsləhətləşmələrin davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.