AZ

Kamran Həsənlinin Ukrayna gerbi barədə iddiası: Karamzin qəbrində çevrildi VİDEO

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ekstravaqant ifadə tərz ilə tanınan Kamran Həsənli Ukrayna dövlət gerbinin (tuğra) türk mənşəli olduğunu iddia edib.Demokrat.az xəbər verir ki, bu iddia qısa zamanda türkçülüyü təbliğ edən sosial media hesablarında paylaşılıb.Məlum həqiqət budur ki, kiçik gerb (tuğra) kimi təsdiqlənmiş təsvir - "Trizub", "Trezub" və ya "Trezubets" mavi sahədə unikal formalı qızıl rəmzdir. O, Rus Dövlətinin banisi sayılan Rurik sülaləsi gerbinin bir variantından qaynaqlanır.Keçmişdə bu, Rurik sülaləsindən olan bir neçə şahzadənin, xüsusən də Böyük Vladimir və Müdrik Yaroslavın şəxsi gerbi olub.Elmi ədəbiyyatda Ukrayna gerbi olan "Trezub"un mənşəyi və mənası ilə bağlı bir çox nəzəriyyələr mövcuddur, lakin heç biri hamı tərəfindən qəbul edilmir. Ən əsaslı nəzəriyyələr budur: gerb səmavi od tanrısı olan Raroq şahininin, yaxud "tanrıların silahı" - mavi səmada ildırım quşunun stilizə edilmiş təsviridir."Trezub" terminini rus tarixçisi N.Karamzin tanədəb  və o, 1816-cı ildə yazdığı "Rusiya Dövlətinin Tarixi" əsərində Şahzadə Yaroslavın gümüş sikkələrini təsvir edərkən arxa tərəfinin mərkəzində "Trezubets" simvolunun olduğunu qeyd edib.Əslində, Rurikin mənşəli rəmzə Skandinaviya və Şimali Avropada ümumiyyətlə rast gəlinməyib. 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
1
demokrat.az

2Mənbələr