AZ

Tehranda dəhşət: qadının çəkdiyi VİDEO partlayışla yarımçıq qaldı: "Ya Fatimeyi Zəhra..." 

Sosial şəbəkələrdə və beynəlxalq mediada Tehranda baş verən bombardman anlarını əks etdirən sarsıdıcı kadrlar yayılıb.

Musavat.com xəbər verir ki, görüntülər əsasən “Al Jazeera” tərəfindən paylaşılıb.

Kadrlarda İranlı bir qadının yaşadığı ərazidə baş verən partlayışları mobil telefonla çəkdiyi görünür.

Video boyunca ətraf mühitdə dağıntılar, qalxan tüstü və xaos açıq şəkildə müşahidə olunur.

Ən diqqətçəkən məqam isə qadının çəkiliş zamanı səsləndirdiyi sözlərdir.

O, fars dilində “Ya Fatimeyi Zəhra, bizi hifz elə, qoru” deyə dua edir. Bu sözlər fonunda bombardmanın yaxınlaşdığı hiss olunur və gərginlik pik həddə çatır.

Lakin görüntülərin son anlarında güclü partlayış baş verir və video qəfil yarımçıq kəsilir. Bu da ehtimal yaradır ki, qadın ya ağır yaralanıb, ya da həyatını itirib. Onun taleyi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Məlumata görə, hadisə martın ortalarında Tehranda qeydə alınıb. Hücumlar ABŞ və İsrailə aiddir.

Musavat.com

Seçilən
104
46
musavat.com

10Mənbələr