AZ

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

ABŞ-İsrail və İran arasında müharibənin 23-cü günü bütün şiddəti ilə davam edərkən, İranın raket və kamikadze PUA-larla hədəfə aldığı Arad, Dimona, Eylat, Beer-Şeva və Kiryat Qat şəhərləri viran qalıb. 

Bizim.Media xəbər verir ki, Araddan gələn görüntülərdə raketlərin çox sayda binanı yerlə-yeksan etdiyi, avtomobillərin yanaraq külə döndüyü görünür.

İran son hücumlarda 200-dən çox insanın öldüyünü açıqlayarkən, İsrailin baş naziri Netanyahunun şəhərdəki dağıntı görüntülərinin yayımlanmasına icazə verməsi diqqətdən yayınmayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin şimalı və cənubu ilə yanaşı, ABŞ-ın bölgədəki bəzi hərbi bazalarını raket və kamikadze PUA-larla hədəfə aldığını açıqlayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Bölməsi “Doğru Vəd 4” əməliyyatının 73-cü dalğası ilə bağlı yeni bəyanat yayıb.

Bəyanatda bildirilib ki, İsrailin şimalı və cənubu ilə ABŞ-ın bölgədəki bəzi hərbi bazaları korpusun Aerokosmik Qüvvələrinə məxsus raket və kamikadze PUA-larla hədəfə alınıb.

“HƏRBİ OBYEKTLƏR DƏQİQ ATIŞLƏ VURULDU”

Açıqlamada deyilir: “İşğal altındakı torpaqların cənubunda yerləşən Arad, Dimona, Eylat, Beer-Şeva və Kiryat Qat bölgələrindəki hərbi obyektlər və təhlükəsizlik mərkəzləri sionist ordunun müdafiə sisteminin çökməsindən sonra tam dəqiqliklə vuruldu. Bundan əlavə, bölgədə yerləşən ABŞ-a məxsus Əli əs-Salem, əl-Minhad və əl-Dafra hava bazaları da Fəttah, Qədir və Emad raketləri və kamikadze PUA-larla hədəfə alındı”.
 

Xatırladaq ki, İsrail və ABŞ Tehranla Vaşinqton arasında danışıqlar davam edərkən 28 fevralda İrana hərbi hücum başladıb. İran isə İsraillə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla, bəzi region ölkələrində müəyyən etdiyi hədəflərə zərbələrlə cavab verib.


ABŞ-İsrail hücumları nəticəsində İran lideri Ayətullah Əli Xamenei ilə yanaşı, çox sayda yüksək vəzifəli şəxs öldürülüb. İran rəsmilərinin məlumatına görə, ABŞ-İsrail hücumlarında ölənlərin sayı 1348-i, yaralananların sayı isə 17 mini keçib.












Bizim.Media

Seçilən
98
1
bizim.media

10Mənbələr