AZ

Ölən əri ilə fotosunu paylaşıb bunları yazdı

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyev ilə bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, o, sözügedən paylaşımda bunları yazıb.

“Bu gün sənsiz keçən 3-cü ildir…

Deyirlər, zaman hər şeyə məlhəmdir, yaraları sağaldır… Amma bəzi yaralar var ki, illər keçir, onlar sağalmır, dərinləşir. Sənin yoxluğun kimi…

Səsin, baxışın, varlığın, yanaşman, özünəməxsus reaksiyalarının hər biri hələ də mənimlədir, amma sən yoxsan…

Xatirələrdə, dualarımda həmişə yanımdasan.

Səni unutmaq mümkün deyil. Çünki həyatımı inşa edən insan olmusan.

Ruhun şad olsun… Mən sənin üçün hər gün daha çox darıxıram…“

Qeyd edək ki, O.Əliyev 2023-cü il martın 22-də avtomobil qəzasında vəfat edib.

Günel Cəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
globalinfo.az

1Mənbələr