AZ

Bu ölkə yenə qaranlığa qərq oldu - FOTO

Kubanın bütün ərazisində növbəti dəfə elektrik enerjisinin tam kəsilməsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumatda, elektrik enerjisinin verilməsinin bərpa olunma müddəti açıqlanmır. Qurumdan qeyd edilib ki, enerji təchizatının bərpası üzrə protokollar artıq hazırlanır.

Daha əvvəl Kubada elektrik enerjisinin kəsilməsi martın 16-da baş vermişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
104
50
milli.az

10Mənbələr