AZ

Hamının sevərək yediyi baılq ZƏRƏRLİ İMİŞ

Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur.

Bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib.

Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tuna balığı əti adətən yaşlı və iri balığa məxsus olur. O, uzun illər ərzində dəniz və okeanlardakı çirklənmə səbəbindən civə də daxil olmaqla ağır metalların duzlarını özündə toplayır.

Həkimin sözlərinə görə, tuna balığının müntəzəm qəbulu intoksikasiyaya səbəb ola bilər. Bu isə insanın tez yorulmasına, iş qabiliyyətinin azalmasına və immunitetin zəifləməsinə gətirib çıxarır. Dietoloq xəbərdarlıq edib ki, tuna balığının tez-tez yeyilməsi qaraciyərə də mənfi təsir göstərə, onun yüklənməsinə səbəb ola bilər.

Həkim ən faydalı balıqlar sırasında treska növlərini göstərib. O bildirib ki, bu balıqlar orqanizmi kifayət qədər minerallarla təmin edir və yaxşı mənimsənilən zülal mənbəyidir.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
78
8
olaylar.az

9Mənbələr