AZ

AFFA millinin futbolçularını MUŞTULUQLADI - Udun, bu qədər alın!

Bilindiyi kimi, martın 27-də ölkəmizdə «FIFA Series - 2026» turniri start götürəcək.

Bakı və Sumqayıtda təşkil olunacaq yarışda Azərbaycan, Oman, Syerra Leone və Sent Lüsiya yığmaları mübarizə aparacaq.

Oyunlar martın 27-də və 30-da baş tutacaq.

Ümumiyyətlə, mart və aprel aylarında beynəlxalq pəncərədə keçiriləcək turnir 8 fərqli ölkədə təşkil olunacaq. 36 komanda 9 qrupda mübarizə aparacaq.

Azərbaycan, Avstraliya, İndoneziya, Qazaxıstan, Mavriki, Puerto-Riko, Ruanda və Özbəkistanın ev sahibliyi edəcəyi “FIFA Series”in formatı təsdiqlənib.

Dünya futbol qurumu bəyan edib ki, yarışdın mükafat fondu olmayacaq. Çünki yarış milli komandaların FIFA pəncərəsi çərçivəsində yoldaşlıq görüşlərini əvəz edəcək.

Amma… AFFA millinin futbolçularını maddi cəhətdən maraqlandırmağa gərək duyub.

Burada qazanılacaq hər qələbəyə görə 10 min manat mükafatın ödənilməsi nəzərdə tutulub.

SPORTİNFO.AZ

Seçilən
94
sportinfo.az

1Mənbələr