Gələn il Azərbaycan Özbəkistanla birgə 20 yaşadək futbolçular arasında dünya çempionatına evsahibliyi edəcək.
Hələ ki U-20 komandası formalaşmayıb, amma baş məşqçi təyin olunub. Bəs hansı futbolçular yığmaya cəlb oluna bilər? Mundialda çıxış edəcək səviyyədə futbolçularımız varmı? Araşdıraq.
“Qarabağ”da Hikmət Cəbrayılzadə və Əli Bəşirov var. Hikmət bu mövsüm çempionatda 192, kubokda 61 dəqiqə şans qazanıb. O, Avropa səhnəsi də görüb. ÇL-in təsnifat mərhələsində 12 dəqiqəliyə meydana çıxıb. “Qarabağ”ın U-19-u ilə də ÇL-də 6 qarşılaşmada olub.
Əli Bəşirov əsas komanda ilə oyuna çıxmasa da, müntəzəm məşq edir. Mundial vaxtı o, “Qarabağ”ın yox, başqa əcnəbi komandanın, məsələn, “Strasbur”un da futbolçusu ola bilər.
Nadir Orucov “Sumqayıt”da oyunlara çıxır. Keyfiyyəti var, aşkar şəkildə hiss olunur. “Qəbələ” və “Neftçi”nin əvəzedicilərində də bu kateqoriyaya uyğun, keyfiyyətli oyunçular var. 1-ci liqa təmsilçisi “Baku Sportinq”dən Aymir Zülfüqarovu, “Şahdağ Qusar”dan Arsen Xəlilovu da yığmaya namizəd göstərə bilərik.
Kəmiyyət var. Bəs keyfiyyət? Ciddi problemdi… Belə görünür ki, “milliləşdirilmiş” futbolçular da olacaq. Bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də dedi.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta