AZ

Azərbaycanda bir gündə 24 cinayət açılıb

Martın 21-də Azərbaycan ərazisində qeydə alınmış 24 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olan ümumilikdə 34 nəfər saxlanılıb. Onlardan 17-si borclu şəxs qismində axtarışda olub.


Məlumatda bildirilib ki, narkotiklərlə əlaqəli 6 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi və götürülməsi ilə bağlı isə 7 fakt müəyyən edilib.


Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Seçilən
97
3
anews.az

10Mənbələr