AZ

Britaniya atom sualtı qayığını Yaxın Şərqə göndərib - İrana qarşı əməliyyata qoşulacaq?

Britaniya hərbi dəniz qüvvələrinin "HMS Anson" nüvə sualtı qayığı  Şimali Ərəbistan dənizindədir.

Musavat.com xəbər verir ki, məlumatı "The Mail on Sunday" qəzeti hərbi mənbələrə istinadən yayıb. Qəzetin məlumatına görə, sualtı qayıq 6 martda Avstraliya və ABŞ arasında AUKUS üçtərəfli müdafiə tərəfdaşlığı çərçivəsində olduğu Avstraliyanın Pert şəhərindən bölgəyə gəlib. Qeyd olunur ki, zərurət yaranarsa, sualtı qayıq ABŞ-ın İrana qarşı hərbi əməliyyatında istifadə edilə bilər.

Dünən Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper bildirib ki, London İrana qarşı hücum əməliyyatlarında iştirak etmək niyyətində deyil. O, Birləşmiş Krallığın regiondakı müttəfiqlərinə yalnız müdafiə yardımı göstərdiyini, onlara qarşı atılan raketləri və dronları vurmağa kömək etdiyini vurğulayıb.

Musavat.com

Seçilən
78
10
musavat.com

10Mənbələr