AZ

ABŞ Dövlət Departamentinin müşaviri Ukrayna üzrə danışıqlarda ilk dəfə iştirak edib

BAKI, 22 mart. TELEQRAF

ABŞ Dövlət Departamentinin nümayəndəsi Kris Karran Ukrayna böhranının nizamlanması ilə bağlı danışıqlara ilk dəfə qatılıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin xarici siyasət qurumunun məlumatlarında qeyd olunub.

Məlumata görə, Kris Karrann Dövlət Departamentinin Siyasət Planlaşdırılması İdarəsində siyasi məsələlər üzrə baş müşavir vəzifəsində çalışır. Bildirilir ki, daha əvvəl onun bu danışıqlarda iştirakı barədə məlumat verilməmişdi.

Qeyd olunur ki, martın 21-də Ukrayna nümayəndə heyətinin üzvləri danışıqlar aparmaq üçün ABŞ-nin Mayami şəhərinə gəliblər.

Seçilən
115
teleqraf.com

1Mənbələr