AZ

“Borussiya Dortmund” kapitan Emre Canla müqaviləni uzadıb

“Borussiya Dortmund” rəsmi saytında 32 yaşlı yarımmüdafiəçi və kapitan Emre Canın müqaviləsini 30 iyun 2027-ci ilə qədər uzatdığını açıqlayıb.

İdman.Biz bildirir ki, Can 2020-ci ilin yanvar ayından bəri klubda oynayır.

“Emre bizim kapitanımız və əsl nümunəmizdir. O, liderdir, nümunə göstərir və həmişə komandanı birinci yerə qoyur. Təsadüfi deyil ki, onun ciddi zədəsindən dərhal sonra onu dəstəkləməyə davam etmək istədiyimizi bildirdik, çünki o, “Borussiya Dortmund”un əsas oyunçusudur. Emre indi tam sağalmasına diqqət yetirməlidir və biz onun meydana qayıtmasını səbirsizliklə gözləyirik”, - klubun idman direktoru Lars Riken bildirib.

Yarımmüdafiəçinin 28 fevralda “Bavariya” ilə Bundesliqa oyununda (2:3) sol dizində ön çarpaz bağ cırılmışdı.

Bu müddət ərzində o, bütün turnirlərdə 220 matçda iştirak edib, 23 qol vurub və 12 məhsuldar ötürmə edib.

İdman.Biz
Seçilən
124
idman.biz

1Mənbələr