AZ

İsrail Hərbi Hava Qüvvələri Tehranda nüvə tədqiqat obyektinə zərbə endirib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri şənbə günü Tehran şəhərində yerləşənstrateji nüvə tədqiqat və inkişaf obyektinə zərbə endirib.

Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, hədəf Malek Aştar Texnologiya Universitetiərazisində yerləşən və İranın hərbi sənayesi tərəfindən nüvə silahıkomponentlərinin hazırlanması üçün istifadə olunduğu iddia edilənobyekt olub.

Qeyd edilir ki, İran Müdafiə Nazirliyi ilə əlaqəli olan buuniversitet ölkənin nüvə və ballistik raket proqramları ilə bağlıfəaliyyətlərinə görə Qərb sanksiyalarına məruz qalıb.

Seçilən
167
4
az.trend.az

5Mənbələr