AZ

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

İsrail Hərbi Hava Qüvvələri şənbə günü Tehran şəhərində yerləşən strateji nüvə tədqiqat və inkişaf obyektinə zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri bildirib.

Məlumata görə, hədəf Malek Aştar Texnologiya Universiteti ərazisində yerləşən və İranın hərbi sənayesi tərəfindən nüvə silahı komponentlərinin hazırlanması üçün istifadə olunduğu iddia edilən obyekt olub.

Qeyd edək ki, İran Müdafiə Nazirliyi ilə əlaqəli olan bu universitet ölkənin nüvə və ballistik raket proqramları ilə bağlı fəaliyyətlərinə görə Qərb sanksiyalarına məruz qalıb.

Bizim.Media

Seçilən
52
4
bizim.media

5Mənbələr