AZ

İran hər hücuma daha sərt cavab veriləcəyini açıqlayıb

BAKI, 22 mart. TELEQRAF

İran Silahlı Qüvvələrinin nümayəndəsi ölkənin hərbi siyasətini dəyişdiyini və bundan sonra hər hücuma daha geniş hücumlarla cavab veriləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran Silahlı Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, İran ordusu son günlər cavab tədbirləri ilə bağlı taktikasını dəyişib və artıq “gözə-göz” prinsipindən kənara çıxmaq qərarı verib. Bildirilib ki, bundan sonra ölkə ərazisinə qarşı hər hücuma daha ciddi nəticələrə səbəb olacaq zərbələrlə cavab veriləcək.

Nümayəndənin sözlərinə görə, əgər rəqib tərəf bir infrastruktur obyektinə hücum edərsə, İran bir neçə obyektə zərbə endirəcək. Məsələn, əgər neft emalı zavoduna hücum olarsa, İran tərəfi buna oxşar bir neçə müəssisəni hədəfə ala bilər.

O əlavə edib ki, İran rəqib tərəfin hər səhvinə gözlənilməz şəkildə cavab verəcək və regiondakı maraqlarına zərbə vuracaq.

Seçilən
140
3
teleqraf.com

10Mənbələr