AZ

Səudiyyə Ərəbistanı beş iranlı diplomatı persona non grata elan etdi

ain.az bildirir, Oxu.az portalına istinadən.

Səudiyyə Ərəbistanı İranın Ər-Riyaddakı səfirliyinin beş əməkdaşını, o cümlədən hərbi attaşeni "persona non grata" elan edərək 24 saat ərzində ölkəni tərk etmələrini tələb edib.

Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, qərar ölkə ərazisinə qarşı həyata keçirilən hücumlarla əlaqədar qəbul olunub.

Məlumata görə, hərbi attaşe, onun köməkçisi və daha üç səfirlik əməkdaşına ölkəni 24 saat ərzində tərk etmələri barədə bildiriş verilib.

Xatırladaq ki, bundan əvvəl Qətər də İranın hərbi attaşelik əməkdaşlarını ölkədən çıxarmış və Tehranı mehriban qonşuluq prinsiplərini pozmaqda ittiham etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
114
3
oxu.az

4Mənbələr