AZ

FHN bayram tonqalı ilə bağlı əhaliyə müraciət edib

Bakı. Trend:

Novruz şənliklərinin təşkili dövründə yanğın təhlükəsizliyinintəmin edilməsi, o cümlədən tonqalların yandırılması qaydalarınadair Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvimaarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki,bəzi vətəndaşlar tərəfindən qaydalara əməl olunmaması nəticəsindəarzuolunmaz hallar qeydə alınmaqdadır.

Trend xəbər verirki, bu barədə Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciətində qeydolunub.

Belə ki, tonqalların yandırılması zamanı oduncaq kütləsininhəcmi və hündürlüyünün düzgün seçilməməsi, tonqalın bina vəqurğulara təhlükəli məsafədə yerləşdirilməsi, həmçinin benzin vədigər tezalışan, partlayış təhlükəli mayelərdən istifadə olunmasıkimi kobud pozuntulara yol verilir ki, nəticədə insanların həyat vəsağlamlığına, əmlaka və ətraf mühitə ciddi ziyan vuranyanğın-partlayış hadisələrinin baş verməsi qeydə alınır.

Bildiririk ki, yanğın təhlükəsizliyi qaydalarının pozulmasıAzərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğunolaraq məsuliyyət yaradır və bu hallara yol verən şəxslər barəsindəmüvafiq inzibati tədbirlər görülür.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə HallarNazirliyi əhaliyə növbəti dəfə müraciət edərək Novruzla bağlımərasimlərdə, o cümlədən bayram tonqallarının yandırılması zamanıyanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Seçilən
83
24
az.trend.az

10Mənbələr