AZ

Yəmən husiləri ABŞ ni Qırmızı dənizdəki gəmilərə hücum etməklə hədələdilər

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Yəmən husiləri ABŞ-nin İsrailin İrana qarşı hərbi əməliyyatlarına birbaşa qoşulacağı təqdirdə Qırmızı dənizdə Amerika gəmilərinə hücum edə biləcəklərini açıqlayıblar.

Moderator.az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriyyə bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun İrana qarşı hücumlarda iştirakı bölgədə İsrailin təsirini gücləndirməyə yönəlmiş daha geniş strategiyanın bir hissəsi kimi qəbul ediləcək.

"Amerikanın istənilən təcavüzü İsrailin bütün bölgəni idarə etməsinə imkan vermək məqsədi daşıyır. Biz vəziyyəti yaxından izləyirik. Eskalasiya daha da artarsa, ölkəni və əhalini qorumaq üçün lazımi hüquqi tədbirlər görməyə hazırıq" - Yəhya Səriyyə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
2
moderator.az

3Mənbələr