Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İranın Fransadakı səfiri Məhəmməd Əminnejad bildirib ki, İranın yeni ali lideri Müctəba Xamenei sağ-salamatdır və bunkerə gizlənməyib.
Ölkə.Az xəbər verir ki, diplomat bu açıqlamanı BFMTV kanalına müsahibəsində verib.
“Biz onu mütləq hamıya göstərməli deyilik. Əlbəttə ki, o sağdır və vəziyyəti yaxşıdır”, – deyə səfir Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmamasını belə izah edib.
Əminnejad həmçinin İran rəhbərliyinin bunkerə çəkildiyi barədə yayılan iddiaları da təkzib edib:
“Rəhbərlərimiz gizlənmir. Onların bunkerə sığındığı ilə bağlı deyilənlər həqiqəti əks etdirmir”, – deyə o vurğulayıb və əlavə edib ki, Xamenei “adi insan kimi yaşayır”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.