AZ

Suraxanıda 36 yaşlı Pərvanənin qətlə yetirilməsinin TƏFƏRRÜATI

Martın 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsində 36 yaşlı qadın qətlə yetirilib.

Publika.az ”Baku“ TV-yə istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Pərvanə Abbasova həyat yoldaşı Vasif Abbasov tərəfindən öldürülməsi barədə şübhələr müəyyən edilib . P.Abbasova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, iki uşaq anası olan Pərvanə Abbasova yaxınlıqdakı 118 nömrəli məktəbdə texnologiya müəllimi kimi fəaliyyət göstərib.

Pərvanə Abbasovanın həmkarlarının sözlərinə görə, o, illərdir həyat yoldaşı tərəfindən zorakılığa məruz qalıb, hətta dəfələrlə uşaqları ilə təhdid olunub. Əri tərəfindən evə məhkum edilən 36 yaşlı qadın ayrılmaq qərarını yoldaşına bildirdikdə isə V.Abbasov onu qətlə yetirib.

Seçilən
127
publika.az

1Mənbələr