AZ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, turun son oyununda “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gəlib.

Matç Tovuz təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Tovuz şəhər stadionu hazır olmadığına, komandanın son zamanlar ev oyunlarını keçirdiyi “Azərsun Arena” isə təmirə bağlandığına görə “Turan Tovuz” rəqibini Sumqayıtda qəbul edib.

Hazırda Kurban Berdıyevin komandası 48 xalla 3-cü, “Qəbələ” ilə 16 xalla 11-ci pillədə qərarlaşıb.

Cari mövsümün ilk iki dövrəsində “Turan Tovuz” rəqibini məğlub edib – 1:0 və 3:0.
Qeyd edək ki, bu qarşılaşmadan sonra milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında aprelin 5-ə qədər fasilə yaranacaq.

21 mart (şənbə)

16:00. “Turan Tovuz” – “Qəbələ” - 3:2

Qol: Hayderson Hurtado, 3 (1:0), Eşqin Əhmədov, 27 (1:1), Hayderson Hurtado, 49 (2:1),

Joarlem Santos, 59 (3:1), Roderik Miller, 90+7-avtoqol (3:2)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu









Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
43
1
bizim.media

10Mənbələr