Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin yüksəksəviyyəli görüşünün Türküstanda keçiriləcəyini elan edib.
News365.az bu barədə "Akorda" istinadən xəbər yayıb.
"Mayın ortalarında Türküstanda Türk Dövlətləri Təşkilatı liderlərinin yüksəksəviyyəli görüşü planlaşdırılır. Dünyada mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir", - deyə dövlət başçısı Türküstan vilayətinin ictimaiyyəti qarşısında çıxış edərkən bildirib.
O əlavə edib ki, hökumət və akimat bu sammiti keyfiyyətli şəkildə təşkil etməyə xüsusi diqqət yetirməlidir:
"Biz həmişə yadda saxlamalıyıq ki, Türküstan millətin gələcəyini müəyyən edən taleyüklü qərarların qəbul edildiyi Qazax xanlığının əsas siyasi mərkəzlərindən biri olub", - deyə Qazaxıstan prezidenti bildirib.