AZ

İran İsrailin qırıcısını vurmağa cəhd etdi

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin Hərbi Hava Qüvvələrinin təyyarəsinə doğru İran səmasında zenit raketi buraxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF-SAXAL) mətbuat xidməti məlumat yayıb.

"İsrail HHQ-nin İran hava məkanındakı əməliyyatı zamanı İsrail təyyarəsinə zenit raketinin buraxıldığı qeydə alınıb. Ekipaj prosedura uyğun hərəkət edib. Təyyarəyə ziyan dəyməyib və missiya plana uyğun olaraq yerinə yetirilib", - deyə bəyanatda qeyd olunub.

Qurumdan bildirilib ki, "Aslanın nəriltisi" əməliyyatı başlayandan bəri İran hava məkanında İsrail qırıcılarını vurmaq üçün çoxsaylı cəhdlər edilib. Xəbərə görə, İsrail HHQ-nin ekipajları bu təhdidlərin öhdəsindən uğurla gəliblər.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
122
50
oxu.az

10Mənbələr